Çin, Rusiya və İran İranın nüvə proqramı ilə bağlı üçtərəfli sammit keçirəcək

Çin, Rusiya və İranın Pekində İranın nüvə proqramı ilə bağlı zirvə toplantısı keçirəcəyi bildirilir.
Çin Xarici İşlər Nazirliyindən verilən açıqlamaya görə, martın 14-də paytaxt Pekində Çin, İran və Rusiyanın iştirakı ilə İranın nüvə proqramı ilə bağlı iclas keçiriləcək.
İclasa Çinin xarici işlər nazirinin müavini Ma Caoşu sədrlik edəcək, Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov və İranın xarici işlər nazirinin müavini Kazem Qəribabadi iştirak edəcək.
Görüş zamanı tərəflər İranın nüvə proqramı və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparacaqlar.