Durov: Rusiya senzuranı rədd etdiyim üçün məni terrorçu elan edib
Telegram platformasının qurucusu və baş icraçı direktoru (CEO) Pavel Durov bildirib ki, Rusiya onu "Telegram"da kütləvi nəzarət və senzura tələblərini rədd etdiyi üçün terrorçu elan edib.
AFN.az xəbər verir ki, Durov bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
Durov Rusiyanın onu terrorçular siyahısına daxil etməsinə münasibət bildirərək qeyd edib ki, Rusiya qanunları internetdə məlumat yayılmasını qadağan edir.
O bildirib ki, Rusiya Telegram üzərində kütləvi nəzarət və senzura tələblərini rədd etdiyi üçün onu terrorçu elan edib: "Görünür Rusiya rəsmiləri internetdə kimi qadağan edə biləcəkləri məsələsində çaşqınlıq yaşayırlar".
Rusiya Federal Maliyyə Monitorinqi Xidməti (Rosfinmonitorinq) bu gün Pavel Durovu "terrorçular və ekstremistlər" siyahısına daxil edib.
Bundan başqa, Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) Durov barəsində "terror fəaliyyətinə yardım" ittihamı ilə beynəlxalq axtarış qərarı çıxarıldığını açıqlayıb.
Rusiyada bir müddət əvvəl Telegram platformasına giriş məhdudlaşdırılıb, şirkətə isə ümumi məbləği 100 milyon rubldan artıq cərimələr tətbiq edilib.
Qeyd edək ki, Telegram hazırda Rusiyada ən populyar mesajlaşma və sosial media platformalarından biri hesab olunur.
