Pavel Durova Fransanı tərk etməyə icazə verildi


Fransa hakimiyyəti "Telegram"ın həmtəsisçisi Pavel Durov üçün məhkəmə nəzarəti şərtlərini yumşaldıb.



AFN.az "Le Monde"yə istinadən xəbər verir ki, o, iyulun 10-dan etibarən respublika ərazisini tərk edə biləcək. Bu barədə Paris Apellyasiya Məhkəməsinin istintaq kollegiyası qərar çıxarıb.



Bu gündən o, xüsusi icazə olmadan maksimum 14 gün müddətinə Fransanı tərk edə biləcək. Bundan əvvəl o, hər dəfə xaricə getmək istəyəndə icazə almaq üçün müraciət etməli, mütəmadi olaraq polis idarəsinə baş vurmalı idi. Bununla belə, məhkəmə nəzarətinin yumşaldılması yalnız onun qohumlarının yaşadığı və "Telegram" ofisinin yerləşdiyi Dubaya səfərlərinə şamil ediləcək.



"Məhkəmə nəzarətinin qalan şərtləri dəyişməz olaraq qalır", - deyə nəşr qərardan sitat gətirir.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu