Durovun həbs müddəti uzadıldı
Paris məhkəməsi "Telegram"ın yaradıcısı Pavel Durovun həbs müddətini daha 48 saat uzadıb.
AFN.az AFP-yə istinadən xəbər verir ki, məhkəmə onun həbs müddətini 96 saata çatdırıb. Qalan müddətdə Durova qarşı ittiham irəli sürülməli və ya o, azadlığa buraxılmalıdır.
Fransa qanunlarına görə, xüsusilə ağır cinayətlərin istintaqı zamanı həbs müddəti 144 saata qədər uzadıla bilər.
Xatırladaq ki, avqustun 24-ü axşam saatlarında Paris ətrafında yerləşən Le Burje hava limanında Fransa təhlükəsizlik qüvvələri "Telegram" messencerinin yaradıcısı Pavel Durovu saxlayıb.
İstintaq ibtidai istintaq aparır və onu terrorizmdə, narkotik vasitələrin qanunsuz dövriyyəsində, dələduzluqda, çirkli pulların yuyulmasında, oğurlanmış malların satışında və uşaqlara qarşı cinsi cinayətlərdə ittiham edir.