Rusiya məhkəməsi Qerşkoviçin şikayətini rədd edib
Moskva Şəhər Məhkəməsi "Wall Street Journal"ın (WSJ) müxbiri, ABŞ vətəndaşı Evan Qerşkoviçin casusluq ittihamı ilə həbs müddətinin uzadılması qərarından şikayətini rədd edib.
Gerşkoviç Rusiya Xarici İşlər Nazirliyi tərəfindən akkreditə olunmuş və casusluqda ittiham olunan ilk Qərb jurnalisti olub.
Moskva Şəhər Məhkəməsi Gerşkoviçin casusluq ittihamı ilə həbs müddətinin daha üç ay uzadılması qərarından verdiyi şikayəti rədd edib.
Moskvanın Lefortovo Rayon Məhkəməsi ötən ay Qerşkoviçin həbs müddətini avqustun 30-dək uzadıb.
Ona qarşı irəli sürülən ittihamları rədd edən Gerşkoviç həbs müddətinin uzadılması qərarına etiraz edib.
Gerşkoviç casusluqda təqsirli bilinir, ittiham sübuta yetirilsə, onu 20 ilə qədər həbs cəzası gözləyir.