Teleqram komandasından Durovla bağlı ilk açıqlama
Teleqramın idarə heyətinin üzvləri Pavel Durovun Fransada saxlanılması ilə əlaqədar açıqlama yayıblar.
Açıqlama “Telegram News” kanalında yerləşdirilib.
Məlumatda deyilir:
“Teleqram Rəqəmsal Xidmətlər Aktı da daxil olmaqla Aİ qanunlarına riayət edir.
Teleqramın baş direktoru Pavel Durovun gizlədəcək heç nəyi yoxdur və tez-tez Avropaya səyahət edir.
Platformanın və ya onun sahibinin həmin platformadan sui-istifadəyə görə məsuliyyət daşıdığını iddia etmək absurddur.
Qlobal miqyasda demək olar ki, bir milyard istifadəçi teleqramdan ünsiyyət vasitəsi və həyati məlumat mənbəyi kimi istifadə edir. Bu vəziyyətin təcili həllini gözləyirik”.
Xatırladaq ki, teleqram messencerinin yaradıcısı Pavel Durov Parisin Le Burje hava limanında saxlanılıb.