"Telegram"ın Ukrayna və Rusiya seqmentində sülh çağırışları ilə bağlı mesajlar yayılıb


Yüzlərlə Ukrayna və Rusiya "Telegram" kanalı "Fleep Bot" postinq botu vasitəsilə sındırılıb.


Bu barədə "Mash" "Telegram" kanalı məlumat yayıb.

Bildirilir ki, bu gün səhər tezdən kanallarda sülh çağırışları və Qərbin Ukraynadan öz məqsədləri üçün istifadə etdiyi barədə mesajlar peyda olub. Hakerlər hətta yerli kanallarda müvafiq nəşrlər yerləşdiriblər - məsələn, Sevastopoldakı fövqəladə vəziyyət və ya Moskvadakı hadisələrə aid xəbərlər. Yazıların əksəriyyətinin artıq silindiyi, lakin bəzi "Telegram" kanallarında hələ də qaldığı qeyd olunur.

Qeyd edək ki, bir neçə gün əvvəl İspaniya polisi terror məqsədləri üçün NATO ölkələrinə qarşı kiberhücumlarda şübhəli bilinərək üç “rusiyapərəst” hakeri həbs edib. İddialara görə, onlar Ukraynanı dəstəkləyən ölkələrdə hökumət sektorunda dövlət və özəl təşkilatların internet səhifələrini, kritik infrastrukturu və əsas xidmətləri hədəf alıblar.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu