"Telegram" Rusiyada 3 milyon rubl cərimələndi


Rusiyada məhkəmə sosial media platformalarından biri olan "Telegram"ı 3 milyon rubl, təxminən 34 min dollar məbləğində cərimələyib.



Rusiya Federal İnformasiya Texnologiyaları və Kütləvi Rabitə Nəzarəti Agentliyinin (Roskomnadzor) "Telegram"a qarşı qaldırdığı iddialara paytaxt Moskvanın Taqanski Məhkəməsində baxılıb.

Məhkəmə Rusiyada hökumət əleyhinə məzmuna "Telegram" vasitəsilə daxil olmaq mümkün olduğu üçün şirkətin qanunvericiliyə əməl etmədiyinə qərar verib və platformanı 3 milyon rubl cərimələyib.

Xatırladaq ki, bundan əvvəl də ölkədə oxşar pozuntulara görə "Telegram"a müxtəlif cərimələr tətbiq edilib.

Qeyd edək ki, X, "Facebook" və "Instagram" kimi platformalara çıxışın olmadığı Rusiyada "Telegram" ölkədə ən populyar sosial media və mesajlaşma proqramları sırasındadır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu