İraq hökuməti Telegram-a qoyulan qadağanı ləğv edib


İraqda hökumət tərəfindən avqustun 6-da bağlanan Telegram-ın sabahdan etibarən istifadəyə veriləcəyi açıqlanıb.


İraqın Rabitə Nazirliyindən verilən yazılı açıqlamada, ölkənin Baş naziri Məhəmməd Şia əl-Sudaninin göstərişi ilə Telegram-a giriş qadağasının bazar günündən etibarən qaldırılacağı bildirilib.

"Tətbiqə sahib olan şirkət təhlükəsizlik orqanlarının vətəndaşların məlumatlarını sızdıran tərəflərin müəyyən edilməsi ilə bağlı sorğularına cavab verdikdən sonra qadağa götürülüb", - deyə məlumatda deyilir.

Açıqlamada bunun İraqın ifadə azadlığına qarşı olmadığı, lakin sosial media tətbiqləri olan şirkətlərin ölkə qanunlarına, təhlükəsizliyinə və istifadəçi məlumatlarına hörmətlə yanaşmasının vacib olduğu vurğulanıb.

İraqın Rabitə Nazirliyi avqustun 6-da Telegram-a girişin qadağan edilməsi qərarını yüksək səviyyəli hökumət rəsmilərinin tələbi ilə qəbul etdiyini açıqlamışdı.

Qərara səbəbin dövlətə məxsus şəxsi sənədlərin sızmasının qarşısının alınması və vətəndaşların şəxsi məlumatlarının qorunması olduğu bildirilmişdi.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu