İstintaq zamanı Durovun bütün pasportları müsadirə edilib

Paris məhkəməsi istintaq müddətində Telegram-ın həmtəsisçisi Pavel Durovun bütün pasportlarına həbs qoyub.
Bu barədə TASS-a Paris və Nitsa Vəkillər Kollegiyasının üzvü İrina Sidorova məlumat verib.
“İstintaq zamanı onun yanında olan bütün pasportlar müsadirə edilib, yəni onun Fransanı hava, dəniz və ya quru yolu ilə tərk etmək imkanı yoxdur”, - Sidorova bildirib.