Zelenski: Ümid edirəm ki, NATO Sammiti Ukrayna üçün nəticəsiz qalmayacaq



Ukrayna Prezidenti Volodimir Zelenski 36-cı NATO Sammitinin Ukraynaya dəstək nümayişi baxımından mühüm əhəmiyyət kəsb edəcəyini gözlədiklərini bəyan edib.

AFN.az xəbər verir ki, dövlət başçısı Ankarada təşkil olunacaq ən güclü Avropa-Atlantik dövlətlərinin zirvə görüşünün nəticəsiz ötüşməyəcəyinə ümid etdiklərini vurğulayıb.

Zelenski sosial media hesabı vasitəsilə paylaşdığı videomüraciətdə Rusiyanın başda paytaxt Kiyev olmaqla Ukraynanın müxtəlif bölgələrinə təşkil etdiyi hücumlar səbəbindən davam edən axtarış-xilasetmə işləri barədə məlumat verib.

Rusiya ordusunun paytaxta və Kiyev vilayətinin Vişneve qəsəbəsinə ötən gecədən etibarən həyata keçirdiyi hava hücumlarında həyatını itirənlərin sayının 22-yə yüksəldiyini bildirən Zelenski yaralıların sayının da 90-ı keçdiyini qeyd edib.

Rusiya ordusunun 68 raket351 pilotsuz uçuş aparatı ilə hücum reallaşdırdığını diqqətə çatdıran Ukrayna lideri daha çox hava hücumundan müdafiə sisteminə ehtiyac duyduqlarını xüsusi vurğulayıb.

"Patriot" tipli hava hücumundan müdafiə raketlərinin istehsalı üçün ABŞ-dan müvafiq lisenziya hüququ tələb etdiklərini xatırladan Zelenski bunun onlar üçün ən böyük prioritet olduğunu deyib.

Ankaranın ev sahibliyi ilə keçiriləcək 36-cı NATO Sammitinin Ukraynaya dəstək verilməsi baxımından önəmli olacağını gözlədiklərinə işarə edən Zelenski Türkiyə paytaxtında baş tutacaq sammitin boş keçməyəcəyinə ümidvar olduğunu dilə gətirib.

Zelenski eyni zamanda Rusiyadakı Omsk Neft Emalı Zavoduna bu gün zərbələr endirdiklərini xatırladaraq, sülhə ehtiyac olduğunu və Rusiya Prezidenti Vladimir Putinin sülhün onun düşündüyü kimi bir fəlakət deyil, bir lütf olduğunu qəbul etməli olduğunu bildirib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu