Kanadada məscidə silahlı hücum edilib
Kanadanın Vinnipeq şəhərində yerləşən bir məscidə silahlı hücum həyata keçirilib.
AFN.az xəbər verir ki, hadisə nəticəsində ölən və ya yaralanan olmasa da, polis faktı ehtimal olunan nifrət cinayəti kimi araşdırır.
Hadisənin baş verdiyi Vinnipeq şəhərində fəaliyyət göstərən Rahma İslam Mərkəzi açıqlama yayaraq bildirib ki, hücum ötən gecə baş verib.
Açıqlamada qeyd olunub ki, camaat üzvləri məscidin içərisində olduğu vaxt iki nəfər avtomobildən binaya atəş açıb. Daha sonra hücum edənlər sərt əşya ilə məscidin pəncərələrini sındıraraq binaya ziyan vurublar.
Hadisə zamanı ölən və ya yaralanan olmayıb. Polis insidenti ehtimal olunan nifrət cinayəti çərçivəsində araşdırdığını açıqlayıb.
