ABŞ-da universitetə silahlı hücum: 1 nəfər ölüb, 6 nəfər yaralanıb

ABŞ-ın Elizabeth City State Universitetində baş verən silahlı hücum nəticəsində 1 nəfər ölüb, 6 nəfər yaralanıb.
Şimali Karolinanın şərqindəki universitetdə Vikinqlər Festivalının son günündə silahlı hücum baş verib. Festivalın bağlanmasından əvvəl keçirilən “Yard Fest” tədbiri zamanı baş verən hücumda 1 nəfər ölüb, 6 nəfər yaralanıb.
Ölən şəxsin tələbə olmadığı, yaralıların xəstəxanaya aparıldığı bildirilib.
Hüquq-mühafizə orqanlarına məlumat verildikdən sonra kampus müvəqqəti bağlanıb. Hadisə ilə bağlı araşdırmalara başlanılıb.
Universitetin bəyanatında "Universitet bu mənasız hərəkətdən dərin kədər hissi keçirir", - deyilir.