ABŞ-da silahlı hücum nəticəsində 2 nəfər ölüb, 5 nəfər yaralanıb


ABŞ-ın paytaxtı Vaşinqtonda silahlı hücum nəticəsində 2 nəfər ölüb, 5 nəfər yaralanıb.



Böyükşəhər Polis İdarəsinin rəisi Cefri Kerroll verdiyi açıqlamada Vaşinqtonun şimal-qərbində silahlı hücum olduğunu bildirib.

Kerroll 2 nəfərin hadisə yerində öldüyünü, 5 yaralının isə xəstəxanaya aparıldığını bildirib.

Ceffri Kerroll qeyd edib ki, silahlı hücumu həyata keçirən şübhəli hələ də tutulmayıb.

Qeyd edək ki, ötən il Vaşinqtonda qətllər 35 faiz, avtomobil oğurluğu isə iki dəfə artıb.

Xatırladaq ki, Vaşinqtonun yerli hökuməti yanvarda cinayət nisbətlərini azaltmaq məqsədi daşıyan ictimai təhlükəsizlik qanununu qəbul edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu