Nigeriyada sərnişin avtobusuna silahlı hücum nəticəsində 8 nəfər ölüb
Nigeriyanın Taraba əyalətində sərnişin avtobusuna silahlı hücum edilib. Hadisə nəticəsində 8 nəfər ölüb, çoxlu sayda insan yaralanıb.
Milli mətbuatda yayılan xəbərlərə görə, naməlum silahlı şəxslər Taraba əyalətinin Takum-Vukari magistral yolunda sərnişin avtobusuna silahlı hücum ediblər.
Hücum nəticəsində 8 nəfər ölüb, çoxlu sayda insan yaralanıb.
Nigeriya uzun müddətdir ölkənin müxtəlif bölgələrində silahlı dəstələrin, həmçinin İŞİD-in Qərbi Afrika qolu olan Boko Haram və ISWAP terror təşkilatlarının hücumlarına məruz qalıb.