Nigeriyada silahlı hücum nəticəsində 19 nəfər həyatını itirib


Nigeriyanın Kogi əyalətində baş verən silahlı hücumda 19 nəfərin həyatını itirdiyi bildirilib.



Yerli mətbuatda yayılan xəbərlərə görə, Kogi əyalətinin Omala bölgəsində naməlum silahlı şəxslər tərəfindən hücum həyata keçirilib.

Hücum nəticəsində 19 nəfər ölüb, onlarla insan yaralanıb.

Bir çox evin yandırıldığı hücumda yerli sakinlərin ərzaq məhsulları oğurlanıb.

Kogi Ştat Polisinin İctimaiyyətlə Əlaqələr Mütəxəssisi Uilyam Aya hadisəni təsdiqləyib və araşdırmaya başlanıldığını açıqlayıb.

Nigeriya müxtəlif bölgələrdə silahlı dəstələrin, həmçinin İŞİD-in Qərbi Afrika qolu olan Boko Haram və ISWAP terror təşkilatlarının hücumları ilə mübarizə aparır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu