İran Avropa dövlətləri ilə Cenevrədə danışıqlar aparacaq

İran Fransa, İngiltərə və Almaniya ilə danışıqlar aparacaq.
AFN.az İRNA-ya istinadən xəbər verir ki, bu məlumatı İslam Respublikasının xarici işlər naziri Abbas Əraqçi təsdiqləyib.
“Cümə günü biz Avropa nümayəndə heyəti ilə Cenevrədə görüşəcəyik" - deyə o bildirib.
İran Xarici İşlər Nazirliyinin rəhbəri qeyd edib ki, danışıqlar Fransanın xarici işlər naziri Jan-Noel Barrot, Böyük Britaniyadan Devid Lammi və Almaniyadan İohan Vadefulun iştirakı ilə keçiriləcək.
Görüşdə Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaja Kallas da iştirak edəcək.