Romada İran-ABŞ danışıqları üç saatdan sonra başa çatıb

Tehranın nüvə proqramı ilə bağlı fikir ayrılıqlarını həll etmək üçün ABŞ və İran arasında danışıqların beşinci raundu başa çatıb.
AFN.az xəbər verir ki, bu barədə "Axios"un müxbiri Barak Ravid öz X səhifəsində mənbələrə istinadən məlumat yayıb.
Romada baş tutan danışıqlar üç saat davam edib.
Romadakı İran nümayəndə heyətinə xarici işlər naziri Abbas Əraqçi, Amerika nümayəndə heyətinə isə prezidentin xüsusi nümayəndəsi Stiven Vitkoff başçılıq edib.
Məsləhətləşmələr Oman səfirinin iqamətgahında baş tutub. Danışıqlarda vasitəçi qismində Omanın xarici işlər naziri Bədr əl-Busaidi çıxış edib.