ABŞ Hörmüz boğazında gəmisinin vurulması barədə məlumatı təkzib edib


ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) İran qüvvələrinin Hörmüz boğazında Amerika gəmisinə uğurlu hücum təşkil etməsi barədə yayılan xəbərləri qəti şəkildə təkzib edib.

AFN.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə qurumun rəsmi bəyanatında bildirilib. "İran mediası Hörmüz boğazında ABŞ HDQ-nə məxsus gəmiyə zərbə endirildiyini xəbər verir. ABŞ Hərbi Dəniz Qüvvələrinin heç bir gəmisi hücuma məruz qalmayıb" - deyə bəyanatda vurğulanır.

Bundan əvvəl İranın "Nournews" agentliyi Vaşinqtonun hava zərbələrinə cavab olaraq Hörmüz boğazındakı Amerika gəmilərinin hədəf alındığını iddia etmişdi.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu