İran Cənubi Koreyaya məxsus neft tankerinə hücum etməsi ilə bağlı iddiaları rədd edib
İran Hörmüz boğazında Cənubi Koreyaya məxsus neft tankerinə hücum etməsinə dair irəli sürülən iddiaları təkzib edib.
AFN.az xəbər verir ki, İranın Seuldakı səfirliyi tərəfindən yayımlanan yazılı açıqlamada "İran Silahlı Qüvvələrinin Hörmüz boğazında Koreya bayrağı altında üzən gəmiyə zərər verilməsi hadisəsində iştirakı ilə bağlı hər hansı iddianı qəti şəkildə rədd və təkzib edirik" ifadələrinə yer verilib.
ABŞ-ın addımları səbəbindən Hörmüz boğazında dəniz təhlükəsizliyi şərtlərinin dəyişdiyi vurğulanan bəyanatda bölgədən keçən gəmilərin müəyyən edilmiş qaydalara əməl etməsi və İran rəsmiləri ilə koordinasiyalı şəkildə hərəkət etməli olduqları xatırladılıb.
Açıqlamada qeyd olunub ki, əks halda baş verə biləcək hadisələrə görə məsuliyyət müvafiq tərəflərin üzərinə düşəcək.
Qeyd edək ki, Cənubi Koreyaya məxsus "HMM Namu" adlı yük gəmisinin mayın 4-də Hörmüz boğazında naməlum obyektlə vurulduğu bildirilmişdi. Hadisədən dərhal sonra hücumun boğaza nəzarət edən İran tərəfindən həyata keçirildiyi barədə iddialar ortaya atılmışdı.

