ABŞ İrana mümkün zərbə üçün hava gücünü cəmləyir

ABŞ İrana mümkün zərbə üçün iki aviadaşıyıcı, onlarla döyüş təyyarəsi və bir neçə strateji bombardmançı təyyarəni cəlb edə bilər.
AFN.az xəbər verir ki, “The National Interest” jurnalı ABŞ-ın İrana mümkün hərbi zərbə üçün geniş hava arsenalı hazırladığını yazıb.
Bildirilir ki, bölgəyə iki aviadaşıyıcı, onlarla F-16, F-22 və F-35 döyüş təyyarəsi, həmçinin strateji B-2 Spirit və B-52 bombardmançılar yerləşdirilib. Dieqo Qarsiya adasında ən azı altı B-2 təyyarəsi hazır vəziyyətdədir. ABŞ həmçinin 30-a yaxın yanacaq dolduran KC-135 və KC-46A təyyarələrini də Avropaya köçürüb. Hərbi gəmilər – “Carl Vinson” və “Nimitz” – bölgədə mövqe tutur və F/A-18 Super Hornets və F-35C təyyarələri ilə təchiz olunub. Bu, ABŞ-ın regionda son illərdə həyata keçirdiyi ən böyük hava gücü toplamasıdır.