Rusiya ABŞ təyyarələrinə qarşı Mig-31 qaldırdı
Rusiya Müdafiə Nazirliyi Norveç dənizində patrul vəzifəsini yerinə yetirən ABŞ Hərbi Dəniz Qüvvələrinin P-8A Poseidon təyyarəsi üçün Miq-31 döyüş təyyarəsini çıxardıqlarını açıqlayıb.
Nazirlik Norveç dənizi üzərində hava məkanına nəzarət vasitələrinin Rusiya dövlət sərhədinə yaxınlaşan hava hədəfini aşkarladığını açıqlayıb.
Açıqlamada Rusiya Şimal Donanmasının Hərbi Hava Qüvvələrində xidmət edən Miq-31 döyüş təyyarəsinin hədəfi müəyyən etmək və Rusiya dövlət sərhədlərinin pozulmasının qarşısını almaq üçün çıxarıldığı bildirilib: “Rusiya döyüş təyyarəsinin heyəti hava hədəfinin olduğunu müəyyən edib. ABŞ Hərbi Dəniz Qüvvələrinin patrul xidmətində olan P-8A Poseidon patrul təyyarəsi olub” - deyə qurumun açıqlamasında bildirilir.
Qeyd edilir ki, Rusiya döyüş təyyarəsi yaxınlaşarkən ABŞ təyyarəsi ölkə sərhədindən geri dönüb: "Rusiya dövlət sərhədinin pozulması qeydə alınmayıb".
Açıqlamada Rusiya döyüş təyyarəsinin ABŞ təyyarəsinə təhlükəli bir şəkildə yaxınlaşmadığı və neytral sular üzərində hava məkanından istifadə ilə bağlı beynəlxalq qaydalara uyğun uçduğu vurğulanıb.