Alman döyüş təyyarələri Baltik dənizi üzərində Rusiya kəşfiyyat təyyarələrinin qarşısını aldı
Alman döyüş təyyarələri Baltik dənizi üzərində Rusiya kəşfiyyat təyyarələrinin qarşısını alıb.
Bu barədə Alman Hərbi Hava Qüvvələri X sosial media platformasında məlumat verib.
Açıqlamada Rusiya kəşfiyyat təyyarəsinin transponder siqnalı olmadan uçduğu qeyd edilib.
Yanvarda da oxşar hadisə baş vermişdi və “İL-20” tipli Rusiya kəşfiyyat təyyarəsinin Rügen adasının sahillərində transponder siqnalı olmadan uçması səbəbindən Almaniya Hərbi Hava Qüvvələrinə məxsus döyüş təyyarələri təcili havaya qalxmışdı.
Qeyd edək ki, Almaniya Hərbi Hava Qüvvələri 5 Eurofighter döyüş təyyarəsi ilə NATO-nun Baltikyanı ölkələrin hava məkanını qoruyan Baltik Hava Polisi Missiyasında iştirak edir.