İtaliya ruslar üçün vizaların işlənmə müddətini azaldıb
İtaliya Rusiya vətəndaşları üçün Şengen vizalarının işlənməsi müddətini 40 günə qədər azaldıb.
AFN.az xəbər verir ki, bu barədə bu İtaliyanın Moskvadakı VMS viza mərkəzinin rəsmi saytında məlumat verilib.
“Viza müraciətlərinə baxılma müddəti çox vaxt müraciət tarixindən etibarən 40 gün və ya daha çox ola bilər” - deyə açıqlamada bildirilir.
Avqust ayında xəbərdarlıq edilmişdi ki, İtaliya viza mərkəzləri, əgər yola düşməyə 60 gündən az vaxt qalsa, Şengen ərizələrini qəbul etməyi dayandıracaq.