Argentina Olimpiya komandasının üzvü Parisdə qarət edilib


Argentina Olimpiya komandasının oyunçusu Tiaqo Almada 2024-cü ildə Parisdə keçirilən Yay Oyunlarında qarət edilib.


Bu barədə "TyC Sports"a komandanın baş məşqçisi Xavyer Maskerano məlumat verib.

Mütəxəssisin sözlərinə görə, bu, komandanın ilk oyunundan bir gün əvvəl baş verib. “Naməlum şəxslər bazamıza daxil olub. Hər yerdə bizdən sertifikatlar, akkreditasiya tələb olunur, sonra belə bir şey olur”, - deyə məşqçi şikayətlənib.

Bundan əvvəl Argentina Futbol Federasiyası (AFA) Beynəlxalq Futbol Federasiyasına (FİFA) şikayət edib. Təşkilat FİFA-dan futbolçuların təhlükəsizliyini təmin etməyi tələb edib.

İyulun 24-də baş tutan turnirdə debüt matçında Argentina yığması Mərakeşə uduzub. Görüş 2:1 hesabı ilə afrikalıların xeyrinə başa çatıb və mərakeşli azarkeşlərin meydana qaçması səbəbindən iki saat gecikib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu