“Vital Hospital”da ölən körpə zirzəmiyə atılıb? - İDDİA+AÇIQLAMA (VİDEO)


Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, faktla bağlı araşdırma aparılır.

"Bəzi sosial media səhifələrində paytaxtın Yasamal rayonu ərazisində yerləşən “Vital Hospital”la bağlı yayılmış məlumatlar üzrə Yasamal rayon prokurorluğunda araşdırma aparılır" - deyə qurumun açıqlamasında qeyd edilib.

***

Paytaxtın Yasamal rayonunda “Vital Hospital”da ölü doğulan körpənin zirzəmiyə atıldığı iddia edilib. 

AFN.az xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb.

Yayılan videoda körpənin atası iddia edib ki, həyat yoldaşının təzyiqi qalxıb, amma ona lazımi müdaxilə edilməyib: “İynə vurmadılar, hələ yığılıb ad günü keçirirdilər”.

Məsələ ilə bağlı Səhiyyə Nazirliyi açıqlama yayıb.

Bildirilib ki, sosial şəbəkələrdə “Vital Hospital”la bağlı yayılan məlumat Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin diqqətindədir: “Məsələ ilə bağlı araşdırmaya başlanılıb və hüquq-mühafizə orqanları məlumatlandırılıb. Araşdırmanın nəticələrinə əsasən ictimaiyyətə əlavə məlumat veriləcək”.

Klinikada lentə alınmış görüntüləri təqdim edirik:




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu