İranda həddindən artıq istilər səbəbindən Kirman vilayətində dövlət qurumlarında iş dayandırıldı



İranın cənub-şərqində yerləşən Kirman vilayətində havanın temperaturunun yüksəlməsi və elektrik enerjisi sabitliyinin qorunması məqsədilə sabah dövlət idarələri və təhsil müəssisələrində işin dayandırıldığı bildirilib.

AFN.az xəbər verir ki, İranın rəsmi İRNA agentliyi Kirman Valiliyinin bu barədə açıqlamasını yayıb.

Bəyanatda anomal isti hava dalğası və enerji şəbəkəsinin davamlılığını təmin etmək məqsədilə Kirmandakı bütün dövlət qurumlarının və təhsil mərkəzlərinin sabah bağlı olacağı qeyd edilib.

Qərarın təcili yardım, səhiyyə, xidmət, hərbi və hüquq-mühafizə orqanları ilə yanaşı, müəyyən edilmiş bank və sığorta filiallarına şamil olunmadığı vurğulanıb.

İsti və yarımsəhra iqliminə malik Kirman vilayətində son illərdə hava temperaturunun rekord həddə çatdığı və həddindən artıq istilərin gündəlik həyata mənfi təsir göstərdiyi diqqətə çatdırılır.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu