Tramp Suriya qoşunlarının Livana daxil ola biləcəyini istisna etməyib


Suriya "Hizbullah" hərakatına qarşı mübarizə aparmaq üçün Livana qoşun yeridə bilər.

AFN.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp Ağ Evdə Livan Prezidenti Cozef Aoun ilə görüşü zamanı jurnalistlərə bildirib.

"Biz Suriya prezidenti ilə çox yaxşı yola gedirik, o, işinin öhdəsindən əla gəlir. Bu cənabın belə bir işə başlaması məni təəccübləndirməzdi. O, Livana müdaxilə etmək və "Hizbullah"a qarşı addım atmaq istərdi", — deyə Ağ Ev rəhbəri bu ideyanı dəstəkləyib-dəstəkləmədiyinə dair suala cavab verərkən deyib.

ABŞ lideri həmçinin belə bir addımın son dərəcə effektsiz olmayacağına əminliyini ifadə edib.

Qeyd edək ki, "Fox News" telekanalı iyun ayında ABŞ lideri ilə müsahibəyə istinadən Donald Trampın "Hizbullah"a qarşı mübarizədə Suriya qüvvələrini cəlb etmək variantına üstünlük verdiyini bildirmişdi.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu