Tramp İsraili Livana yeni hücumlardan çəkindirə biləcəyini açıqlayıb


ABŞ Prezidenti Donald Tramp İsraili Livana qarşı yeni hücumlar təşkil etməkdən imtina etməyə razı sala biləcəyini vurğulayıb.

AFN.az xəbər verir ki, "Axios" portalının jurnalistləri ondan İsrailin Livana növbəti hücumlarının qarşısını ala bilib-bilməyəcəyini soruşublar. "Bəli, bilərəm. Burda təəccüblü heç nə yoxdur: onlar mənə böyük hörmət bəsləyirlər və dediklərimi edirlər", – deyə Tramp cavab verib.

Xatırladaq ki, bundan əvvəl İsrailin Baş naziri Benyamin Netanyahu yəhudi dövlətinin şiə "Hizbullah" hərəkatının onun hərbçilərinə endirəcəyi hər bir zərbəyə cavab verəcəyini bəyan etmiş və İsrail ordusunun Cənubi Livandan çıxmaq niyyətində olmadığını vurğulamışdı.

Bunun ardınca isə "Reuters" agentliyi ABŞ-dakı mənbəsinə istinadən İsrail və "Hizbullah"ın Bakı vaxtı ilə saat 17:00-dan etibarən yeni atəşkəs barədə razılığa gəldiyini xəbər verib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu