Tramp: İranla mümkün saziş 2-3 günə imzalana bilər



ABŞ Prezidenti Donald Tramp İranla danışıqların davam etdiyini bildirərək, mümkün sazişin 2 və ya 3 gün ərzində imzalana biləcəyini bəyan edib.

AFN.az xəbər verir ki, Tramp Nyu-Yorkda keçirilən NBA-in final oyunundan qayıdarkən təyyarəyə minməzdən əvvəl jurnalistlərə gündəmlə bağlı dəyərləndirmələr edib.

İranla danışıqların davam etdiyini qeyd edən Tramp, bir-iki gün ərzində vəziyyətin hara doğru getdiyi barədə təsəvvürə malik olacaqlarını diqqətə çatdırıb.

Blokadanın 100 faiz təsirli olmağa davam etdiyini müdafiə edən ABŞ rəhbəri İsrailin Baş naziri Benyamin Netanyahu ilə çox yaxşı bir görüş keçirdiyini vurğulayıb.

İran və İsrailin məhz özünün vasitəçiliyi sayəsində qarşılıqlı hücumları dayandırmağa razı olduğunu bildirən Tramp "Heç bir şəkildə nüvə silahına icazə verməyəcək çox, amma çox yaxşı bir sazişin son mərhələsindəyik" ifadəsini işlədib.

Hörmüz boğazının saziş imzalanan kimi açılacağını dilə gətirən Tramp mümkün razılaşmanın 2 və ya 3 gün ərzində imzalana biləcəyini bildirib.

Tramp həmçinin güclü və təsirli bir anlaşmaya imza atmağa çox yaxın olduqlarını da sözlərinə əlavə edib.

Digər tərəfdən, İsrail mediası Baş nazir Netanyahunun Trampın tələbi ilə İrana qarşı hücumları dayandırmağa razı olduğunu, lakin Livana qarşı hücumların bütün gücüylə davam edəcəyini iddia etmişdi.

Xatırladaq ki, İsrail ordusu iyunun 7-də atəşkəsə baxmayaraq Livanın paytaxtı Beyrutun Dahiye bölgəsinə hava zərbələri endirmiş, İran rəsmiləri isə İsrailin bu hücumuna kəskin reaksiya verərək cavab veriləcəyini bəyan etmişdilər.

Gecə saatlarında İrandan üç dalğa halında atılan raketlər səbəbindən İsrailin şimalındakı bir çox şəhərdə həyəcan siqnalları çalınmışdı.

İsrail ordusu İranın qərb və mərkəzi hissələrini hədəf aldığını açıqlamış, Tehran isə bu hücumlara raketlərlə cavab vermişdi.

Qısa müddət əvvəl İran Silahlı Qüvvələrinin müharibəni idarə edən bölməsi olan "Xatəmul-Ənbiyə" Qərargahı İsrailə qarşı hərbi əməliyyatların dayandırıldığını elan edib.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu