İranla saziş hər an imzalana bilər - Donald Tramp


ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun Tehranla intensiv danışıqlar apardığını və tərəflər arasında yeni razılaşmanın əldə olunmasının yaxın zamanlarda mümkün olduğunu bəyan edib.

AFN.az xarici mediaya istinadən xəbər verir ki, Tramp jurnalistlərə açıqlamasında diplomatik prosesin gedişatına toxunub.

"Biz İranla danışıqlar aparırıq. Sazişin bağlanması hər an baş verə bilər. Lakin bu, baş verməyə də bilər. Düşünürəm ki, onlar bu razılaşmanı məndən daha çox istəyirlər", - deyə ABŞ lideri qeyd edib.

Qeyd edək ki, son həftələrdə Ağ Evin İranla münasibətləri normallaşdırmaq istiqamətində addımları intensivləşib. Ekspertlər Trampın bu açıqlamasını Tehran üzərindəki diplomatik təzyiqin bir hissəsi kimi qiymətləndirirlər.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu