Trampdan İrana xəbərdarlıq: Razılığa gəlməsək, pis şeylər olacaq
ABŞ Prezidenti Donald Tramp İrana doğru hərəkət edən böyük gəmilərinin olduğunu bildirərək, “İranla razılığa gəlmək istərdim. Hazırda İranla danışıqlar aparırıq. Əgər razılaşa bilsək, bu çox yaxşı olar, əks halda, ehtimal ki, pis şeylər baş verəcek”, - deyib.
ABŞ Prezidenti Donald Tramp Oval Ofisdə keçirilən imza mərasimində İranla bağlı son vəziyyəti dəyərləndirib.
Tramp bir tərəfdən İrana doğru gedən çox böyük gəmilərinin olduğunu qeyd edərkən, digər tərəfdən bu ölkənin rəsmiləri ilə təmasların davam etdiyini söyləyib.
“İranla bir saziş imzalamaq istəyirəm. Hazırda İran tərəfi ilə müzakirələr gedir. Əgər anlaşma əldə olunarsa, bu əla olar. Anlaşa bilməsək, yəqin ki, xoşagəlməz hadisələr yaşanacaq”, - deyə qeyd edən Tramp diplomatik prosesə açıq olduğu mesajını verib.
İranla bağlı prosesin mənfi istiqamətdə inkişaf edəcəyi təqdirdə nələrin baş verə biləcəyi sualına isə Tramp “Bunu sizə demək axmaqlıq olardı”, - cavabını verərək İranla danışıqların davam etdiyinə işarə edib.
