ABŞ-ın İranın cənub və mərkəzi bölgələrinə hücumları gecə boyu davam edib



ABŞ-ın İranın cənub və mərkəzi regionlarına istiqamətlənmiş hücumları gecə saatlarında da davam edib.

AFN.az xəbər verir ki, ABŞ ordusu gecə saatlarında İranın mərkəzi hissəsində yerləşən İsfahan və Şiraz başda olmaqla, cənubdakı Çabahar, Kunarek, Bəndər Lenge, Sirik və Abadan şəhərlərinə zərbələr endirib.

İran rəsmiləri hücumlar nəticəsində insan tələfatının olmadığını bildirib, dəymiş maddi ziyanla bağlı araşdırmaların aparıldığını və yaxın vaxtlarda zəruri açıqlamaların veriləcəyini diqqətə çatdırıblar.

ABŞ ordusu son zərbələrin məqsədini İranın Hürmüz boğazı sahilindəki hərbi imkanlarını zəiflətmək kimi izah etdiyi halda, İran tərəfi cavab tədbiri olaraq "Nəsr 2" əməliyyatının 24-cü mərhələsi çərçivəsində Bəhreyn və Küveytdəki ABŞ hərbi hədəflərinə raket və pilotsuz uçuş aparatları (PUA) ilə hücumlar təşkil etdiyini bəyan edib.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu