“Qarabağ” 3-cü təsnifat mərhələsində onlardan biri ilə qarşılaşacaq
UEFA Avropa Liqasının 3-cü təsnifat mərhələsinin püşkatma mərasimi olub.
AFN.az xəbər verir ki, təmsilçimiz “Qarabağ”ın rəqibi bəlli olub.
Belə ki, Qurban Qurbanovun komandası 2-ci təsnifatda SSKA (Bolqarıstan) klubunu keçəcəyi halda “Şerif” (Moldova) – “Makkabi” (Təl-Əviv, İsrail) cütünün qalibi ilə qarşılaşacaq.

