İran: Milli maraqlarımız çərçivəsində ABŞ ilə danışıqların yenidən başlaması mümkündür



İran Xarici İşlər Nazirliyi və Danışıqlar Heyətinin sözçüsü İsmayıl Bəqayi bildirib ki, milli maraqlar təmin olunacağı təqdirdə ABŞ ilə danışıqların yenidən başlaması mümkündür.

AFN.az xəbər verir ki, Bəqayi paytaxt Tehranda keçirdiyi həftəlik mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

Vasitəçi ölkələrin İrana bəzi mesajlar çatdırdığını qeyd edən Bəqayi ya danışıqlar ya müharibə, yaxud da ya diplomatiya ya müharibə dilemmasının ölkəyə fayda vermədiyini, İranın bəzi hallarda müdafiə vasitələri ilə, bəzi hallarda isə diplomatiya yolu ilə maraqlarını qoruduğunu vurğulayıb.

Hörmüz boğazına toxunan sözçü İranın bu boğaz üzərindəki suverenlik hüququnun müzakirə mövzusu olmayacağını qeyd edərək, görülən tədbirlərlə Hörmüz boğazı üzərində suverenliyi bərqərar etməkdə qərarlı olduqlarını və boğazın İranın milli təhlükəsizliyini təhdid etmək məqsədilə istifadəsinə icazə verməməli olduqlarını ifadə edib.

İran ilə ABŞ arasında imzalanan razılaşma mətnindəki müddəaların şərhə açıq olmadığını və ABŞ-nin öhdəliklərini pozması üçün heç bir bəhanəsinin olmadığını söyləyən Bəqayi, ABŞ-nin öhdəliklərini yerinə yetirmədiyi məlum olacağı təqdirdə İranın da üzərinə düşəni etməyəcəyini daha əvvəl dilə gətirdiklərini xatırladıb.

İranın daxili işlər naziri İsgəndər Mumininin Pakistan səfərinə də toxunan Bəqayi səfər çərçivəsində yalnız iki ölkə rəsmilərinin iştirak edəcəyi görüşlərdə müvafiq nazirliklərin vəzifə və öhdəlikləri ilə bağlı məsələlərin müzakirə olunacağını diqqətə çatdırıb.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu