İran: İsveçrədə keçiriləcək görüş növbəti günlərə planlaşdırılır



İran iyunun 19-da İsveçrənin Nidvalden kantonuna daxil olan Bürgenstok qəsəbəsində keçirilməsi planlaşdırılan İran-ABŞ danışıqlarının daha sonrakı bir tarixə təxirə salındığını elan edib.

AFN.az xəbər verir ki, İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi İran-ABŞ danışıqları ilə bağlı bəyanatla çıxış edib.

Ehtiyac yarandığı təqdirdə vasitəçilər vasitəsilə lazımi görüşlərin keçirildiyini söyləyən Bəqayi, danışıqlar üçün lazımi şərait yarandıqda məlumat veriləcəyini və İsveçrədəki görüşlərin təxirə salındığını bildirib.

Bəqayi danışıqların başlaması üçün anlaşma memorandumunun 1, 4, 5, 10 və 11-ci maddələrinin icra olunmasının və bu icranın davam etdirilməsinin vacibliyini vurğulayaraq, sənədin öncədən imzalanması səbəbindən İsveçrədə planlaşdırılan görüşlərin təcililiyinin olmadığını ifadə edib.

Bəzi kütləvi informasiya vasitələrində Hörmüz boğazının yenidən bağlanması ilə bağlı iddiaların yer aldığını xatırladan sözçü bu iddiaların həqiqəti əks etdirmədiyini və İranın təmin etdiyi təhlükəsizlik tədbirləri çərçivəsində boğazdan kommersiya gəmilərinin keçidinin davam etdiyini diqqətə çatdırıb.

Bəqayi həmçinin İranın Beynəlxalq Atom Enerjisi Agentliyini (BAEA) ölkənin nüvə obyektlərində təftiş aparmağa dəvət etməsi barədə çıxan xəbərlərin də doğru olmadığını, lakin Buşəhr Atom Elektrik Stansiyası kimi indiyə qədər yoxlanılan obyektlərin təftişinin davam edəcəyini və ölkəsinin 60 günlük danışıqlar müddətində nüvə proqramını qoruyacağını sözlərinə əlavə edib.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu