İran-ABŞ anlaşma memorandumu qüvvəyə mindi: Danışıqların qısa müddətdə başlanması gözlənilir
İran ilə ABŞ arasında müharibəni dayandıran və tərəflər arasındakı problemlərin danışıqlar yolu ilə həllini nəzərdə tutan İslamabad Anlaşma Memorandumu İran Prezidenti Məsud Pezeşkian və ABŞ Prezidenti Donald Tramp tərəfindən rəqəmsal mühitdə distant olaraq imzalanıb.
Bu addımdan sonra yaxın vaxtlarda rəsmi müzakirə prosesinin başlanması gözlənilir.
AFN.az xəbər verir ki, İran rəsmi xəbər agentliyi IRNA-nın yaydığı məlumata görə, Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi iki ölkə arasında əldə olunmuş anlaşma memorandumunun mətninin imzalandıqdan sonra rəsmən qüvvəyə mindiyini açıqlayıb.
Sözügedən sənədin İsveçrədə planlaşdırılan üz-üzə görüş yerinə rəqəmsal imza ilə təsdiqlənməsi üsuluna aydınlıq gətirən Bəqayi "Son 24 saat ərzində aparılan məsləhətləşmələrdən sonra anlaşma memorandumunu hər iki ölkənin prezidentləri tərəfindən fiziki iştiraka ehtiyac qalmadan imzalanmasının daha məqsədəuyğun olduğu qənaətinə gəldik" deyib.
Sözçü bu qərarın əsas səbəblərindən biri kimi sazişin birbaşa dövlət başçıları səviyyəsində rəqəmsal imzalanmasının gələcəkdə onun mümkün pozulması halında ortaya çıxacaq siyasi məsuliyyəti və maliyyəni daha da artıracağını qeyd edib.
Bu mərhələdən sonra tərəflərin genişmiqyaslı müzakirə prosesinə daxil olacağını bildirən Bəqayi rəsmi danışıqların dəqiq nə vaxt və harada başlayacağının vasitəçi ölkələrlə aparılacaq məsləhətləşmələrdən sonra ictimaiyyətə elan ediləcəyini vurğulayıb.

