İran: Hər cür hücuma genişmiqyaslı cavab veriləcək


İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Bəqayi ABŞ-nin ölkəsinə hərbi hücuma hazırlaşdığına dair iddialarla bağlı açıqlama verərək, istənilən hücuma genişmiqyaslı cavab veriləcəyini bildirib.

Tesnim Xəbər Agentliyinin məlumatına görə, Bəqayi həftəlik mətbuat konfransında gündəmlə bağlı açıqlamalar verib.

ABŞ-nin İrana hücuma hazırlaşdığı iddiaları ilə bağlı sualı cavablandıran Bəqayi “İran həm imkan və qabiliyyətlərinə, həm də keçmiş təcrübələrinə güvənir. Daha güclü vəziyyətdəyik. İran hər cür hücuma daha genişmiqyaslı və peşmanedici cavab verəcək” deyib.

Hərbi qüvvələrin bölgəyə göndərilməsi və hərbi təhdidlərin beynəlxalq hüququn açıq şəkildə pozulması olduğunu vurğulayan Bəqayi “Döyüş gəmilərinin bölgəyə yerləşdirilməsi İranın öz varlığını müdafiə etmək iradə və qətiyyətində ən kiçik zəiflik yaratmayacaq” deyə qeyd edib.

Bəqayi iyundakı hücumların davamı olaraq, keçmişdə olduğu kimi hazırda da hibrid müharibə ilə üzləşdiklərini əlavə edib.

Bəqayi həmçinin Xarici İşlər Naziri Abbas Əraqçi ilə ABŞ Prezidenti Donald Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Uitkoff arasında mesaj mübadiləsi aparıldığına dair iddiaları da təkzib edib.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu