İran XİN ABŞ-ın vasitəçiliklə danışıqlara razılıq verməsini gözləyir

İran ABŞ-la vasitəçilər vasitəsilə danışıqlara hazır olması barədə bəyanatı "səxavətli təklif" kimi qiymətləndirir və Vaşinqtondan Tehranın təşəbbüsünə müsbət cavab verəcəyini gözləyir.
AFN.az yerli mediaya istinaən xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmail Bəqayi bildirib.
"Biz ABŞ-ın qərarını gözləyirik və ümid edirik ki, İranın dolayı danışıqlara dair səxavətli təklifi diqqətlə nəzərdən keçiriləcək. Bu təklif İranın mövcud problemləri həll etmək üçün xoş niyyətini əks etdirir. Biz qarşı tərəfin bu məsələyə müsbət yanaşacağını gözləyirik", - deyə diplomat həftəlik brifinqdə bildirib.
O qeyd edib ki, danışıqlar başlasa, Omanın vasitəçi kimi çıxış etməsi ehtimalı çoxdur.