İran: ABŞ-da kimin prezident olması önəmli deyil


İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasser Kənani ABŞ prezidenti Co Baydenin noyabrda keçiriləcək prezident seçkilərindən geri çəkilməsi ilə bağlı aşıqlama verib.


AFN.az yerli mediaya istinadən xəbər verir ki, Kənani "ABŞ-ın prezidentinin kim olması önəmli deyil, ABŞ-ın İrana qarşı siyasətində köklü dəyişiklik vacibdir” - deyə bildirib.

Xarici İşlər Nazirliyində keçirilən həftəlik mətbuat konfransında danışan Kənani ölkəsinin xarici siyasət gündəmini və regional inkişafları dəyərləndirib.

Razılaşma tərəflərinin öhdəliklərinə qayıtması halında nüvə sazişinin yenidən həyata keçirilməsinin mümkün olduğunu bildirən XİN nümayəndəsi bildirib ki, İran müqavilədəki bütün öhdəliklərinə əməl edən tərəfdir: "Digər tərəflər də bu öhdəliklərə əməl etməlidir".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu