İran: Razılaşma sabah olmasa da yaxın günlərdə baş tuta bilər



İran Xarici İşlər Nazirliyinin mətbuat katibi İsmayıl Bəqayi ABŞ ilə imzalanması gözlənilən anlaşma memorandumuna toxunaraq, razılaşmanın dəqiq imzalanma vaxtı ilə bağlı gözləməli olduqlarını, sabah olmasa belə, yaxın günlərdə bunun reallaşma ehtimalının istisna edilmədiyini bildirib.

AFN.az İranın rəsmi xəbər agentliyi IRNA-ya istinadən xəbər verir ki, Bəqayi Həmədan əyalətində ABŞ ilə aparılan danışıqlar barədə açıqlama verib.

O, Pakistanın vasitəçiliyi ilə ABŞ ilə imzalanması planlaşdırılan memorandum haqqında danışarkən, hazırda davam edən İslamabad razılaşması müzakirələrinin müharibəni dayandırmağa yönəldiyini və bu mərhələdə nüvə məsələsinin müzakirə edilməməsinə qərar verildiyini qeyd edib.

Pakistan Baş naziri Şahbaz Şərifin 24 saat ərzində yekunlaşmasını gözlədiklərini bəyan etdiyi ABŞ və İran arasındakı sazişin imzalanması ilə bağlı isə Bəqayi sənədin dəqiq imzalanma tarixi barədə bir qədər gözləməyin zəruri olduğunu, sabah olmasa da, yaxın günlərdə bu hadisənin baş vermə ehtimalının diqqətdən qaçırılmamalı olduğunu vurğulayıb.

Sonda mətbuat katibi ABŞ tərəfinin proseslə bağlı hər hansı şərh verməkdən çəkinməsi səbəbindən ehtiyatlı davranmalı olduqlarını da əlavə edib.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu