Pakistan: ABŞ-İran razılaşmasının 24 saat ərzində yekunlaşmasını gözləyirik



Pakistan Baş naziri Şahbaz Şərif ABŞ ilə İran arasında sülh sazişinə heç vaxt olmadığı qədər yaxın olduqlarını və razılaşmanın 24 saat ərzində yekunlaşmasını gözlədiklərini açıqlayıb.

AFN.az xəbər verir ki, Şərif ABŞ-ın "X" sosial şəbəkə platformasındakı hesabından etdiyi paylaşımda ABŞ-İran sülh sazişinə heç vaxt olmadığı qədər yaxın olduqlarını və 24 saat ərzində bu prosesin tamamlanmasını gözlədiklərini ifadə edib.

Pakistanın sülh sazişinin elektron mühitdə imzalanması üçün hazırlıqlarını davam etdirdiyinə diqqət çəkən Şərif, gələn həftə isə texniki səviyyədə danışıqların aparılacağını bildirib.

Şərif danışıqlar zamanı nümayiş etdirdikləri qətiyyətə görə ABŞ və İrana təşəkkür edərək, bölgədəki qardaşlarına da verdikləri dəstəyə görə ən səmimi minnətdarlığını çatdırıb və bu tarixi razılaşmanın qalıcı sülh üçün möhkəm təməl yaradacağına inandığını qeyd edib.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu