Tramp ABŞ-ın xüsusilə təhlükəli terrorçular siyahısında olan Əhməd əl-Şaraa ilə görüşüb


ABŞ prezidenti Donald Tramp Suriya administrasiyasının yeni rəhbəri Əhməd əl-Şaraa ilə danışıqlar aparıb.


AFN.az "Əl-Ərəbiyyə" telekanalına istinadən xəbər verir ki, iki ölkə liderləri Ər-Riyadda ABŞ-Körfəz Əməkdaşlıq Şurasının sammiti başlamazdan əvvəl görüşüblər.

ABŞ və Suriya prezidentlərinin görüşü son 25 ildə ilk olub. Tramp bəyan edib ki, ABŞ Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın təklifi ilə Bəşər Əsədin hakimiyyəti dövründə Suriyaya qarşı tətbiq edilən sanksiyaları ləğv edəcək.

Əbu Məhəmməd əl-Culani ləqəbli Əhməd əl-Şaraa ABŞ-ın xüsusilə təhlükəli terrorçular siyahısında qalmaqdadır. Suriya prezidenti təyin olunmazdan əvvəl o, Suriya üsyançılarının koalisiyası Əsədi devirən “Həyat Təhrir əl-Şam” islamçı qruplaşmasına başçılıq edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu