Futbol üzrə DÇ-2038-i keçirməyə əsas namizədin adı açıqlanıb



Futbol üzrə 2038-ci il dünya çempionatını keçirməyə əsas namizədin adı bəlli olub.

AFN.az xəbər verir ki, ekspertlər ABŞ-ı DÇ-2038-in keçiriləcəyi ən ehtimal olunan ölkə hesab edirlər.

Buna səbəb Amerika prezidenti Donald Trampın turnirin keçirilməsi üçün mümkün qədər tez müraciət edəcəyinə söz verməsi olub.

"Biz mütləq dünya çempionatını bir daha keçirməliyik. Bunu mən hələ buradaykən etmək lazımdır. Eşidirsən, Canni?" deyə Tramp Beynəlxalq Futbol Federasiyasının (FİFA) rəhbəri Canni İnfantinoya müraciət edib.

ABŞ-ın müraciətinin qalib gələcəyinə ehtimallar böyükdü. İkinci yerdə Çin gəlir. Avstraliya və ya Yeni Zelandiya isə növbəti sıralardadı.

Bir qədər əvvəl İnfantino dünya çempionatının iştirakçılarının sayını 64 milli komandaya qədər artırmağı təklif etmişdi və bu addım onun seçkiqabağı strategiyasının əsasını təşkil edə bilər.

FİFA rəhbərinin seçkiləri 2027-ci ildə keçiriləcək və İnfantino Afrika ölkələrinin dəstəyini qazanmağı planlaşdırır.

Bunun müqabilində o, dünya çempionatının reqlamentinə iştirakçıların tərkibini 64 komandaya qədər genişləndirməyə imkan verən dəyişikliklər edilməsini təklif edəcək.

Qeyd edək ki, DÇ-2026-da 48 yığma mübarizə aparmışdı.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu