Tramp İranla münaqişənin başa çatma müddətini qiymətləndirib



Vaşinqton İranla münaqişədə əldə olunan nəticələri böyük uğur hesab edir, lakin yaxın vaxtlarda öz qüvvələrini oradan çıxarmaq niyyətində deyil.

AFN.az xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp livanlı həmkarı ilə görüşü zamanı bildirib.

Görüş Ağ Evin "YouTube" kanalında yayımlanıb.

Amerika lideri "Sabah oradan çıxsaq belə, bu artıq böyük, nəhəng bir uğur olardı, lakin biz sabah çıxmırıq... tam yekunlaşmaya hələ çox var" deyə qeyd edib.

Bir qədər əvvəl Ağ Ev rəhbəri ABŞ-ın İranın ehtimal edilən yeni nüvə obyektinə zərbə vurmaq niyyətində olduğunu bəyan etmişdi.

Bundan öncə isə Birləşmiş Ştatların İrana qarşı hərbi əməliyyatları davam etdirməsi səbəbindən Pentaqonun vəsaitinin tükənməyə başladığı və hərbi idarənin artıq xərcləri azaltmaq məcburiyyətində qaldığı məlum olmuşdu.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu