Tramp: Müharibəni çox qısa müddətdə sona çatdıracağıq



ABŞ Prezidenti Donald Tramp İranla razılığa gəlib-gəlməyəcəklərini yaxın vaxtlarda görəcəklərini qeyd edərək, "Bu müharibəni çox qısa müddətdə sona çatdıracağıq" deyib.

AFN.az xəbər verir ki, ABŞ Prezidenti Ağ Evin bağçasında Konqres üzvləri ilə bir araya gəldiyi bir tədbirdə İran gündəmi ilə bağlı açıqlamalar verib.

Tramp İranla danışıqların davam etdiyini vurğulayaraq, yaxın zamanda bir razılığa gəlib-gəlməyəcəklərini görəcəklərini bildirib.

ABŞ Prezidenti "Bu müharibəni çox qısa müddətdə sona çatdıracağıq. Razılıq əldə etmək üçün can atırlar, bu vəziyyətdən beziblər. Düşünürəm ki, bu işi çox tez bitirəcəyik. Ümid edirəm ki, bunu gözəl bir şəkildə həll edərik" qiymətləndirməsini edib.

İranın ordusunu və siyasi rəhbərliyini böyük ölçüdə sıradan çıxardıqlarını iddia edən Tramp "Donanmalarını məhv etdik, hava qüvvələri yox oldu, zenit-raket qurğuları yox oldu, liderlərinin yox olduğunu demək istəmirəm, çünki bu, o qədər də xoş deyil, amma bu bir faktdır" deyə qeyd edib.

İranın heç bir halda nüvə silahı inkişaf etdirməsinə icazə verməyəcəklərini vurğulayan Tramp "Buna dözə bilmərik və dözməyəcəyik" ifadəsini işlədib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu