ABŞ bir dəfəyə 50 dronu məhv edən sistem yaradıb
Amerikanın "Lockheed Martin" korporasiyası Londonda keçirilən "Farnborough Airshow 2026" aerokosmik sərgisində bir uçuş ərzində 50-dən çox düşmən dronunu neytrallaşdırmaq qabiliyyətinə malik "Morfius X-Rotor" anti-dron sistemini təqdim edib.
AFN.az xəbər verir ki, bu barədə "Defense News" nəşri yazıb.
Tərtibatçının verdiyi məlumata görə, məhsul güclü mikrodalğalı şüalandırıcı ilə təchiz olunmuş bir pilostuz uçuş aparatıdır.
Şirkətdən əlavə ediblər ki, sistem bu yaxınlarda ABŞ-ın Arizona, Oklahoma və Kaliforniya ştatlarında uğurlu sınaqlardan keçib.
2024-cü ilin oktyabrında nəşr bildirmişdi ki, ABŞ Dəniz Piyadaları Korpusu "Epirus" şirkətinin hazırladığı "Expeditionary Directed Energy Counter-Swarm" (ExDECS) mikrodalğalı dron əleyhinə sistemini əldə edəcək.
2025-ci ilin iyulunda isə məlum olmuşdu ki, ABŞ ordusu "Leonidas" kimi də tanınan "Integrated Fires Protection Capability High-Power Microwave" (IFPC-HPM) dron dəstələrini məhv edən mikrodalğalı sistemləri qəbul edəcək.



