FIFA futbol əfsanələri arasında dünya çempionatı təşkil etmək istəyir


Beynəlxalq Futbol Federasiyası (FİFA) futbol əfsanələrinin dünya üzrə turnesini təşkil etməyi, gələcəkdə isə sabiq futbolçular arasında dünya çempionatı keçirməyi planlaşdırır.


Bu barədə təşkilatın prezidenti Canni İnfantino Banqkokda keçirilən FİFA-nın 74-cü Konqresində məlumat verib.

Fevral ayında "Daily Mail" xəbər vermişdi ki, İngiltərə 2024-cü ilin yayında ilk Futbol Əfsanələri Dünya Kubokuna ev sahibliyi etməyi planlaşdırır.

İnfantino hesab edir ki, ABŞ, Meksika və Kanadada keçiriləcək Dünya Kuboku Super Kubokdan daha böyük tamaşaçı auditoriyasına malik olacaq. “Hamımız Super Bowl-un nə olduğunu bilirik, lakin demək istəyirik ki, ABŞ-da tamaşaçı auditoriyası baxımından istənilən Super Bowl-dan qat-qat böyük bir hadisə olacaq - stadionlarda 6 milyon tamaşaçı, ətrafda 5-6 milyard televiziya tamaşaçısı. Biz bu Dünya Kubokunun böyük uğur qazanması üçün hər şeyi edəcəyik."

ABŞ, Meksika və Kanadada keçirilən dünya çempionatı 2026-cı il iyunun 11-dən iyulun 19-dək baş tutacaq.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu