İranda 10 nəfəri öldürən şəxs edam edilib
İranın Kirman vilayətinin Rəfsəncan şəhərində 10 nəfəri öldürməkdə təqsirli bilinən şəxs edam edilib.
İranın rəsmi xəbər agentliyi İRNA-nın məlumatına görə, Kirman şəhərinin baş prokuroru İbrahim Həmidi məsələ ilə bağlı məlumat verib.
Həmidi "2022-ci il avqustun 7-də 6 əfqan və 4 iranlını bıçaqla qətlə yetirən şəxs bu gün Rəfsəncan həbsxanasında edam edilib" ifadələrini işlədib.
İran rəsmisi qeyd edib ki, edam qərarla bağlı hüquqi proses başa çatdıqdan sonra həyata keçirilib.
Mənbə: AA