"Boeing" işçilərinin 10 faizini ixtisar edəcək
ABŞ-ın qlobal aviasiya şirkəti “Boeing”in işçi qüvvəsini 10 faiz azaltmağı planlaşdırdığı açıqlanıb. 17 min Boeing işçisinin ixtisarlardan təsirlənəcəyi öyrənilib.
"Boeing"in baş icraçı direktoru (CEO) Kelli Ortberq işçilərə ünvanladığı mesajda şirkətin çətin vəziyyətdə olduğunu və uzunmüddətli perspektivdə rəqabətədavamlı qalmaq və müştərilərə xidmət göstərmək üçün struktur dəyişikliklərinə ehtiyac olduğunu qeyd edib.
777X proqramında inkişafda yaşanan çətinliklər, uçuş testlərinin dayandırılması və davam edən tətil səbəbiylə planlaşdırmanın təxirə salınacağını izah edən Ortberg, müştərilərə ilk çatdırılmanın 2026-cı ildə gözlənildiyini bildirdi.
Ortberg qalan 767 yük təyyarəsi sifarişini istehsal edib təhvil verməyi, daha sonra 2027-ci ildə kommersiya proqramı istehsalını tamamlamağı planlaşdırdıqlarını və KC-46A tanker istehsalının davam edəcəyini bildirib.
İşçi qüvvəsi səviyyələrini prioritetlərə uyğun tənzimləmələri lazım olduğunu qeyd edən Ortberg, önümüzdəki aylarda ümumi işçi qüvvəsi ölçüsünü təxminən 10 faiz azaltmağı planlaşdırdığını vurğulayıb. Ortberg bu azalmaların rəhbərləri, idarəçiləri və işçiləri əhatə edəcəyini bildirib.
Ortberq bu addımların vaxtı və təsiri ilə bağlı şəffaf olacaqlarını da vurğulayıb.
ABŞ mətbuatında çıxan xəbərlərdə 17 min Boeing işçisinin ixtisarlardan təsirlənəcəyi ifadə edilib.
Qeyd edek ki, "Boeing" fabrik işçilərinin sentyabr ayında tətilə çıxmasından sonra xərcləri azaltmaq üçün işə qəbulun dondurulması, səyahətin və vacib olmayan xərclərin dayandırılması kimi tədbirlər görməyi planlaşdırdığını açıqlamışdı.
Mənbə: AA